Astarada 20 yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib FOTOLAR
Azərbaycan xalqının tarixinə qanlı yanvar faciəsi kimi daxil olmuş 20 yanvar qırğınından 25 il keçməsinə baxmayaraq qədirbilən xalqımız hər il bu faciə qurbanlarının xatirəsini yad etməyi özünün müqəddəs borcu hesab edir. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, yanvarın 20-də Astara rayonunda qanlı yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib.
Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Azərbaycan xalqının tarixinə qanlı yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 yanvar faciəsindən 25 il keçir. Həmin qanlı gecədə imperiya ordusunun vəhşiliyi nəticəsində 134 nəfər əliyalın, günahsız insan amansızcasına qətlə yetirilib, 800-ə qədər adam yaralanıb.
Böyük itkilərlə, günahsız insanların qətli ilə tarixə düşən 20 yanvar faciəsi, M.Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərlərinin Azərbaycana qarşı xəyanətini, öz azadlığına, müstəqilliyinə qalxan xalqın isə mübarizliyini, məğrurluğunu nümayiş etdirib.
Xatirə Kompleksinin önünə əklil və tər qərənfillər qoyularaq Vətənin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib, ruhuna dua oxunub.
Saat 12:00-da rayon ərazisində bayraqlar endirilib, nəqliyyatın hərəkəti dayandırılaraq 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB