Bu gün Azərbaycan xalqı üçün hüzn günüdür. 20 Yanvar faciəsindən artıq 25 il ötüb. 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o təkcə faciə deyil. Bu tarix Azərbaycan istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyini oyanış günü idi. Bu uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübüt edən növbəti imtahan idi. Müstəqillliyimizin ruhunda və bətnində şəhidlərin ölməzliyi, unudulmazlığı var. 20 Yanvar müstəqilliyimizin təməl daşıdır. Milli kimliyimizi dünyaya tanıtdıran bir gündür. Allah şehilərimizə rəhmət eləsin!
Vətən, başin sag olsun!
1990-cı il yanvarın 20-də baş verən hadisələrin 25-ci ildönümü ilə əlaqədar səhər saatlarından Şiyəzəndə də 20 Yanvar şəhidlərinin məzarlarını ziyarət başlayıb.
Qanlı faciənin 25-ci ildönümü ilə əlaqədar keçirilən mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanına gələrək Vətən uğrunda canından keçmiş qəhrəman oğulların xatirəsini yad etmiş, dualar oxumuşlar.
Emin Kərimov, Siyəzən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB