Dağlıq Qarabağın işğalının arxasında ABŞ, yoxsa Rusiya dayanır? ŞOK FAKTLAR

ABŞ senatorlarının Qorbaçova göndərdikləri məktubda nə yazılmışdı?
Dağlıq Qarabağın işğalının arxasında ABŞ, yoxsa Rusiya  dayanır? ŞOK FAKTLAR

1990-cı ildə Azərbaycanda, xüsusilə də paytaxt Bakıda baş verən hadisələrin kimlər tərəfindən törədilməsi bu gün də sirr olaraq qalır. Daha doğrusu "Topxana meşəsində ağacların qırılması"ndan başlayan etiraz aksiyalarının 20 Yanvar və Dağlıq Qarabağda böyük müharibə ilə sonuclanması, torpaqlarımızın itirilməsi müəmması sirr deyilsə, bəs nədir? Əksəriyyət baş verən hadisələrin günahkarı kimi SSRİ hökumətini, sovet ordusunu göstərir. SİA-ya daxil olmuş təkzibedilməz faktlarla dolu material isə baş verən hadisələrin arxasında kimin dayandığına qismən də olsa işıq salır.

Əldə etdiyimiz materiala diqqət edək:

ABŞ Konqresinin bir qrup senatoru 18 mart 1990-cı il tarixində SSRİ-nin prezidenti Mixail Qorbaçova müraciət göndəriblər. Bakıda baş verən "erməni talanları"ndan narahat olduqlarını bildirən məktub müəllifləri (regionda) Bakıda və ölkənin digər bölgələrində erməni əhaliyə qarşı 6 gün davam edən "talanları", "zorakılıqları", "hücumları" pislədiklərini qeyd ediblər. Senatorların məktubunda həmçinin bildirilib ki, Azərbaycanda baş verən hadisələri bu respublikaya göndərilmiş Sovet zabitləri də xarakterizə ediblər: "Biz sizdən təkidlə xahiş edirik ki, imkanlarınızdan istifadə edib, Azərbaycandakı azsaylı erməni əhalinin öldürülməsi və digər zorakılıq hallarına son qoyulsun. Vətəndaş sülhünü təmin etməkdən başqa biz inanırıq ki, siz Bakıdan köçüb getmək istəyən ermənilərin təhlükəsizliyinə təminat verəcək və onların öz vətənlərinə köçməsinə şərait yaradacaqsınız. Biz inanırıq ki, siz Qarabağın və həmçinin zəlzələ fəlakəti ilə üzləşmiş Ermənistanın blokadadan çıxmasını təmin edəcəksiniz. Xatırladaq ki, zəlzələ zonasında ABŞ və digər xarici mütəxəssislər çalışır. Azərbaycanda baş verən etnik qarşıdurmalardan sonra 160 min ermənin yaşadığı Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi zərurəti yaranıb. 70 il Azərbaycan höküməti tərəfindən düşünülmüş şəkildə regionda yaşayan ermənilərin mədəni hüquqları əlindən alınmış, eyni zamanda Dağlıq Qarabağın 60%-ni təşkil edən ermənilərə qarşı iqtisadi ayrıseçkilik tətbiq edilmişdir.

Bütün bunları nəzərə alaraq biz sizdən təkidlə tələb edirik ki, baş verən hadisələri əsas götürərək Qarabağın erməni xalqının öz müqəddaratını təmin etməsinə, Sovet höküməti çərçivəsində öz siyasi və mədəni haqqlarına qovuşmasına imkan yaradasınız".

Maraqlı burasıdır ki, Qorbaçova ünvanlanan müraciəti imzalayan senatorlar arasında hazırki dövlət katibi Con Kerri də var. Ondan başqa Pit Uilson, Pol Seymak, Lerri Breksler və Kleyborn Pell də "məzlum erməni xalqı"na ürəyi yananlar arasındadır.

Bir faktı da diqqətinizə çatdıraq ki, 19 yanvar 1990-cı ildə Moskvada ABŞ Senatının Alt Komissiyasının xarici işlər üzrə sədri K.Pell ilə SSRİ-nin o vaxtkı xarici işlər naziri Eduard Şevardnadze arasında görüş keçirilib. Həmin görüşdə Pell qeyd edib ki, Sovet höküməti Azərbaycana bundan sonra Dağlıq Qarabağda yaşayan ermənilər üzərində nəzarət etməsinə icazə verməməlidir: "Mən SSRİ-də azərbaycanlıların ermənilərə qarşı sərt hərəkətlərindən təsirlənmişəm. Sovet höküməti erməni əhalisinin təhlükəsizliyini təmin etməyə borcludur. Sovet höküməti həmçinin Dağlıq Qarabağı Azərbaycanın tərkibindən çıxarmalı və bununla da azərbaycanlıların azlıqda olan erməni əhaliyə qarşı zorakılığına son qoymalıdır. Əks təqdirə vəziyyət daha da gərgin xarakter alar".

P.S. "Erməni talanları"nın baş verməsi, "Topxana hadisələri", Dağlıq Qarabağda müharibənin alovlanması, qorxaq ermənilərin qısa müddətdə Azərbaycanın 20 faizini ələ keçirməsi heç də təsadüfi sayıla bilməz. Sovet hakimiyyətinin rəhbərliyində, o cümlədən SSRİ-nin xələfi sayılan Rusiya hakimiyyətində erməni mövqeyindən çıxış edən ABŞ-ın dəyirmanına su tökənləri də göz önünə gətirsək "Qarabağı niyə itirdik" sualına cavab tapa bilərik.

Bütün xəbərlər Facebook səhifəmizdə