Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan 20 yanvar faciəsinin 25-ci il dönümü hər yerdə olduğu kimi Şirvan şəhərində də qeyd olunub. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, şirvanlılar səhər saatlarından Şəhidlər Xiyabanına axışıblar.
İcra hakimiyyətinin başçısı Mərdan Camalov, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, sadə vətəndaşlar əvvəlcə Şəhidlər Xiyabanına gələrək abidə-məşəl kompleksini və Qarabağ döyüşlərində canından keçmiş şəhidlərin məzarlarının üzərinə gül dəstələri qoyaraq xatirələrinə ehtiramlarını bildirdilər və şəhidlərin ailələrinə baş sağlığı veriblər.
20 Yanvar abidəsi önündə şəhər ictimaiyyətinin toplantısında icra hakimiyyəti başçısı M.Camalov çıxış edərək XX əsrin sonunda Azərbaycan xalqının azadlıq uğurunda mücadiləyə qalxması və o zamankı Sovet imperiyasının əli yalın insanların üzərinə qoşun yeritməsindən, nəticədə 20 Yanvar faciəsinin baş verməsindən ətraflı danışaraq tarixi keçmişi yada salıb. 20 Yanvar faciəsini törədənərin ifşa olunması və bu hadisəyə hüquqi qiymətin verilməsində Ümummilli lider Heydər Əliyevin tarixi qərarlarına toxunan natiq dünya ictimaiyyətinin məlumatlandırılmasına da toxunub.
Tədbirdə 20 Yanvar şəhidi Elçin İmanovun müəlliməsi çıxış edərək onun məktəb illərindəki xatirələrindən danışıb. Məktəblilər faciə qurbanlarına həsr edilmiş şerlər söyləyiblər.
Din xadimi Axund Hacı Əvəz şəhidlərin ruhuna dualar oxuyub. Saat 12:00-da 1 dəqiqəlik sükutla şəhidlərimiz yad edilərək nəqliyyat vasitələrinin hərəkəti dayanıb və siqnal səsləri ətrafa yayılıb. Tədbirin sonunda 20 Yanvar abidəsi ziyarət edilib, qarşısına gül dəstələri düzülüb.
İqbal Mikayılov
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB