Ekologiya idarəsində 20 Yanvar şəhidləri yad edilib

Ekologiya idarəsində 20 Yanvar şəhidləri yad edilib

20 yanvar şəhidləri Ekologiya İdarəsində keçirilmiş tədbirdə də anılıb. SİA-nın məlumatına görə, tədbirdə ilk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən İdarənin rəisi Azər Əliyev Ermənistanın təcavüzkar siyasəti, Azərbaycana qarşı yönəlmiş hərbi-siyasi irticası haqqında danışıb. Tarix boyu Azərbaycan xalqının öz ərazi bütövlüyünü qorumaq üçün qəhrəmanlıqla mübarizə apardığını bildirən Azər Əliyev 25 il bundan əvvəl baş verən hadisələri Ümummilli lider Heydər Əliyevin qətiyyətlə pislədiyini və 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Qanlı Yanvar hadisələrinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət xüsusilə diqqətə çatdırmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə