AZPROMO 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

AZPROMO 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Bakı Biznes Mərkəzinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. SİA-nın məlumatına görə, əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər 20 Yanvar hadisələri barədə geniş məlumat verərək, həmin gecənin faciədən əlavə həm də milli qurur günü olduğunu vurğulayıbar. iştirakçılar 20 yanvar hadisələri ilə bağlı təəssüratlarını bölüşüb, faciə günü müstəqiliyimiz uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin Azərbaycan xalqı tərəfindən heç vaxt unudulmayacağı qeyd olunub.

Tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş "Müqəddəs məkan" filmi nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə