Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, keçirilən mərasimdə zavod kollektivinin nümayəndələri müəssisənin qarşısında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə tər güllər qoyublar. Tədbirdə çıxış edən, zavodun direktoru Ayaz Qarayev qeyd edib ki, Azərbaycan xalqı 20 yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı, müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirib.
Tədbirdə həmçinin qeyd olunub ki, faciə zamanı canını qurban vermiş Vətən övladları sırasında Heydər Əliyev adına BDÖZ-ün işçisi Azad Rzayev də şəhidlik zirvəsinə yüksəlib, zavodun əməkdaşı olmuş Gülmirzə Ağayev isə həmin qanlı yanvar gecəsində yaralanaraq 20 yanvar əlili statusu alıb. Ümumilikdə isə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə zavodun əməkdaşlarından 7 nəfər əlil, 8 nəfər şəhid olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB