''Qaz İxrac'' İdarəsində 20 yanvar hadisələri anılıb

''Qaz İxrac'' İdarəsində 20 yanvar hadisələri anılıb

''Qaz İxrac'' İdarəsində 20 yanvar hadisələrinin ildönümü ilə bağlı anım mərasimində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub. SİA-nın məlumatına görə, İdarənin rəisi Qağaməli Seyfullayev qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet imperiyasının nəhəng hərb maşını müstəqillik uğrunda aparılan milli azadlıq mübarizəsini boğmaq üçün Bakıya yeridilib: "XX əsrdə insanlığa qarşı törədilmiş zorakılıq və işgəncələrin ən dəhşətlilərindən biri kimi hər birimizin yaddaşına həkk olunan həmin hərbi təcavüz nəticəsində yüzlərlə vətəndaşımız şəhidlik zirvəsinə yüksəlmişdir. 20 yanvar faciəsindən dərhal sonra Ümummilli lider Heydər Əliyev həyatını təhlükədə qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, Bakıda baş verənlərlə bağlı həqiqəti bütün dünyaya çatdıraraq, bu cinayətin birbaşa təşkilatçısı olan SSRİ rəhbərliyini ittiham etmişdir. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 20 yanvar faciəsinə siyasi-hüquqi qiymət verilmiş, onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində addımlar atılmış, bu faciənin əbədiləşdirilməsi və bütün dünya ictimaiyyətinə çatdırılması yönündə mühüm işlər görülüb".

Bütün xəbərlər Facebook səhifəmizdə