Azərbaycan xalqının azadlıq mübarizəsinin təcəssümü olan 20 yanvar ümumxalq hüzn gününün 25-ci ildönümü ilə əlaqədar bütün ölkədə olduğu kimi SOCAR-ın idarə və müəssisələrində də silsilə tədbirlər keçirilib. SİA-nın məlumatına görə, "Azərikimya" İstehsalat Birliyinin akt zalında 20 yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbir iştirakçıları idarənin foyesində 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş sərgiyə baxmış, şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edib. Anım mərasimində "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev çıxış edərək bildirilib ki, 20 yanvar faciəsi öz torpaqlarının müdafiəsinə qalxmış, milli ayrı-seçkiliyə və ədalətsizliyə qarşı haqq səsini ucaltmış, bunun müqabilində amansız düşmənlə üz-üzə qalmış dinc insanların mərdlik, rəşadət, qürur və qəhrəmanlıq tarixidir. Natiq Azərbaycanın azadlığı və torpaqlarımızın müdafiəsi uğrunda canlarını qurban vermiş soydaşlarımızın xatirəsinin xalqımızın qəlbin¬də daim yaşayacağına əminliyini ifadə edib. Anım tədbirində 20 yanvar faciəsi ilə bağlı sənədli filmlərdən fraqmentlər nümayiş olunmuş, 33 saylı tam orta məktəbin şagirdlərinin ifasında vətənpərvərlik ruhlu ədəbi-bədii kompozisiya təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB