Əli Əhmədov: “Qiymətlərin süni şəkildə artırılmasının qarşısı alınacaq” Açıqlama

Əli Əhmədov: “Qiymətlərin süni şəkildə artırılmasının qarşısı alınacaq” Açıqlama

"Dərmanların vahid qiymətə satılması barəsində normativ hüquqi sənəd hazırlanacaq". SİA-nın məlumatına görə, bunu bu gün 20 Yanvar faciəsi ilə bağlı Şəhidlər Xiyabanını ziyarət edən Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib. Əli Əhmədovun sözlərinə görə bununla bağlı olaraq Milli Məclis tərəfindən müvafiq qanun qəbul ediləcək: "Müvafiq prosedur qaydaları hazırlanandan sonra Nazirlər Kabinetində bununla bağlı normativ hüquqi sənəd hazırlanacaq. Bu məsələdə bizim mövqeyimiz ondan ibarətdir ki, həm dərmanların keyfiyyəti yaxşı olsun, həm də qiymətlərin süni şəkildə artırılmasının qarşısı alınsın. Bununla bağlı olaraq qanunda dəyişikliklər ediləcək və müvafiq normativ sənədlər hazırlanacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə