"Sosial sığorta və əhalinin pensiya təminatı haqqında qanuna dəyişiklik olacaq". SİA-nın məlumatına görə, bunu bu gün 20 yanvar faciəsi ilə bağlı Şəhidlər Xiyabanını ziyarət edən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev jurnalistlərə verdiyi açıqlamasında deyib. Onun sözlərinə görə, fond bununla bağlı müvafiq qurumlarla müzakirələr aparacaq: "Dəyişikliklər əsasən sosial sığorta prinsiplərinin müəyyənləşməsi, dövlət öhdəlikləri ilə sığorta-pensiya öhdəliklərinin fərqləndirilməsi, eləcə də əhaliyə əlavə pensiya təminatına imkan verən yığım komponentlərinin tətbiqi və sosial pensiya fondlarının fəaliyyətinin təşkili olacaq. Yeni ildən yeni pensiya alqoritmləri tətbiq olunacaq. Əlilliyə və ailə başçısını itirməyə görə pensiyalar yeni əsaslarla hesablanacaq. Bu dəyişiklik yalnız yeni pensiyalara aid olunacaq və hazırki günə qədər olan pensiyalar isə dəyişməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB