Səlim Müslümov: “Ünvanlı sosial yardıma müraciət prosesi avtomatlaşdırılacaq” AÇIQLAMA - SƏS TV
"20 yanvar əlillərinə indiyə qədər 53 ev verilib, 72 20 yanvar ıklinəı maşın verilib. 112 20 yanvar şəhid ailəsinə 316 20 yanvar əlilinə maddi yardım ödəniş olunub". SİA-nın məlumatına görə, bunu bu gün 20 Yanvar faciəsi ilə bağlı Şəhidlər Xiyabanını ziyarət edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə verdiyi açıqlamasında deyib.
O, 20 yanvar faciəsində şəhid olan ailələrə ödənən təqaüddən danışıb: "Hazırda 112 nəfər 20 yanvar şəhid ailəsinə hər ay 300 manat prezident təqaüdü ödənir. 1-ci qrup olanlara hər ay 150 manat, 23-ci qrupa 130 manat, 3-cü qrup üçün isə 100 manat prezident təqaüdü ödənilir. Bu onların aldıqları prezident təqaüdlərinə əlavədir".
Nazir sosial yardım alan ailələrin azaldılması məsələsinə də toxunub. O qeyd edib ki, azalmaya səbəb, qeyri – qanuni yardım alanların müəyyən olunaraq yardımdan azad edilməsi olub: "İl ərzində yoxlama həyata keçirildi, sosial müavinətlər hüququ olanlara sosial yardım verilir. Ötən ilin dekabr ayında bu müavinəti 143 min nəfər alırdısa, bu il 92 minə enib. Çoxlu sayda nəqliyyat vasitəsi olduğu halda sosial yardım alanlar var idi. Yüklü kredit borcu olanlar alırdı. Ünvanlı sosial yardıma ehtiyacı olmayanlar alırdı. Nəticədə onların sayı azaldı. Bunun nəticəsində bir ailəyə ödənilən sosial yardımın miqdarı 30 manat artırıldı, bu da təxminən 155 manat olub".
Səlim Müslümov ünvanlı sosial yardıma müraciətin yeni qaydalarla olacağını da ifadə edib: "Bu proses davam edəcək, yaxın zamanlarda ünvanlı sosial yardıma müraciət prosesi avtomatlaşdırılacaq. Onlara müraciət edənlərin sosial yardım almaq hüququ avtomatlaşdırılmış qaydada həyata keçiriləcək. Bunun nəticəsində bir ay müddətində "sms info" vasitəsilə ünvanlı sosial yardımın təyin olunmağı haqqında və daha sonra miqdarı haqqında məlumat gələcək. Düşünürük ki, bu 3-4 ay müddətində tətbiq ediləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB