Azərbaycan prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 yanvar hadisələrinin qurbanlarının qəbirlərini ziyarət edib, məzarları üzərinə qərənfillər düzüb. SİA-nın məlumatına görə, dövlət başçısı "Əbədi məşəl" kompleksi önünə əklil qoyub, şəhidlərin xatirəsinə ehtiramını bildirib. Azərbaycanın dövlət və hökumət üzvləri, deputatlar, diplomatik korpusun nümayəndələri də Şəhidlər xiyabanını ziyarət ediblər.
Qeyd edək ki, 1990-cı il yanvarın 20-də baş verən hadisələrin 25-cü ildönümü ilə əlaqədar səhər saatlarından 20 yanvar şəhidlərinin məzarlarını ziyarət başlayıb. Axşam saatlarına kimi davam edəcək ziyarətlə əlaqədar Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Saat 12.00 radələrində isə Bakı şəhərində şəhidlərin xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB