Prezident Dövlət Neft Fondu haqqında fərman imzaladı

Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Prezident Dövlət Neft Fondu haqqında fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci il büdcəsi haqqında fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin gəlirləri 10 246 611,9 min manat, xərcləri isə 11 813 909,2 min manat məbləğində təsdiq edilib.

Dövlət başçısı bu fərmanla "Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin 2015-ci ildə istifadəsinin əsas istiqamətləri (proqramı)" və "Azərbaycan Respublikasının Dövlət Neft Fondunun 2015-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetası"nı təsdiq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə