Bu gün Kənd Təsərrüfatı Nazirliyində "20 Yanvar" faciəsinin 25-ci ildönümünə həsr olunmuş toplantı keçirilib. SİA-nın məlumatına görə, öncə toplantı iştirakçıları 20 Yanvar faciəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Nazir müavini İlham Quliyev yığıncağı açaraq Azərbaycanın müstəqilliyi, öz milli azadlığı uğrunda şəhid olanların yaxınlarına və əzizlərinə başsağlığı verib. Həlak olanların şəhidlik zirvəsinə qalxmasını qəhrəmanlıq simvolu kimi qiymətləndirib. 20 Yanvar hadisəsinə ilk olaraq ulu öndər Heydər Əliyevin münasibət bildirdiyini və məhz ulu öndərimizin hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verildiiyini söyləyib: Ümummilli lider Heydər Əliyev və möhtərəm prezidentimiz İlham Əliyev ilə birlikdə həyatlarını təhlükə qarşısında qoyaraq 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz həmvətənləri və xarici jurnalistlər qarşısında – izdihamlı iclasda çıxış edərək bu ağır günlərdə heç yerdən kömək almayan doğma xalqı ilə birgə olduğunu nümayiş etdirib. Bu hadisəni hüquqa, demokratiyaya və humanizmə zidd addım kimi dəyərləndirib. Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanın dünyada güclü bir dövlət kimi tanıdılır".
Toplantıda çıxış edən digər natiqlər Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini həmişə ehtiramla yad edəcəklərini söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB