“20 Yanvar Ümumxalq hüzn günüdür”

“20 Yanvar Ümumxalq hüzn günüdür”

Bu gün Təhsil Nazirliyində 20 Yanvar ümumxalq hüzn günü ilə əlaqədar tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Təhsil Nazirliyinin mərkəzi aparatının işçiləri, tarixçi ekspertlər iştirak edib.
Əvvəlcə 1990-cı il yanvarın 20-də qətlə yetirilmiş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov 25 il öncə Bakı şəhərində və ölkəmizin digər bölgələrində SSRİ hərbi birləşmələri tərəfindən dinc əhaliyə qarşı törədilmiş qırğınlar barədə məlumat verib. Nazir müavini qan yaddaşımızın ən mühüm məqamlarından biri olan həmin hadisə ilə xalqımızın demokratiya və suverenlik uğrunda apardığı mübarizəsinin dönməzliyi bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb: "Respublika informasiya blokadasına alındığı bir şəraitdə baş vermiş hadisələr barədə həqiqətləri operativ surətdə dünya ictimaiyyətinə çatdırmaq zərurəti yaranmışdı. Həmin zaman Ümummilli lider Heydər Əliyev bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, mənsub olduğu xalqın faciəsinə məsuliyyət daşıyanları Kremlin bir addımlığında, həm də bütün dünyanın gözü qarşısında ittiham etdi".
Daha sonra tədbirdə çıxış edən tarixçi alim Nuru Məmmədov həmin faciəni doğuran səbəblər barədə tədbir iştirakçılarına məlumat verib.
Sonda 20 yanvar faciəsi ilə əlaqədar qısametrajlı film nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə