Heydər Əsədov vətəndaşlarla görüşəcək

Heydər Əsədov vətəndaşlarla görüşəcək

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov yanvar ayının 23-də saat 11:00-da Göyçay rayonunda Göyçay, Ucar, Zərdab, Ağdaş və Kürdəmir rayonlarının sakinləri ilə görüşəcək. SİA-nın əldə etdiyi məlumata görə, görüşdə iştirak etmək istəyən vətəndaşlar Ucar Ərazi Kənd Təsərrüfatı İdarəsinə (Əlaqə telefonu: 055-892-90-91) və Kənd Təsərrüfatı Nazirliyinə (Əlaqə telefonu: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər.

Qeyd edək ki, qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin qaynar xətti (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə