YAP Gənclər Birliyi 20 Yanvar şəhidlərinin xatirəsini andı YENİLƏNƏCƏK

YAP Gənclər Birliyi 20 Yanvar şəhidlərinin xatirəsini andı YENİLƏNƏCƏK

Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofisində 20 Yanvar hadisələrinin 25-ci il dönümü ilə əlaqədar tədbir keçirilir. SİA-nın məlumatına görə, tədbirdə 20 Yanvar hadisələrinin canlı şahidi olmuş Yeni Azərbaycan Partiyasinın İdarə Heyətinin üzvü, YAP icra katibliyinin müşaviri Kərim Kərimov qonaq qismində iştirak edib. Kərim Kərimov gənclərə 20 Yanvar faciəsinin Azərbaycan xalqının milli birliyinin idarə əzmini sarsıtmaq üçün törədilən bir faciə olduğunu qeyd edib.

Sonra gənclərə 20 Yanvar hadisələrini özündə əks etdirən video çarx nümayiş olunub.

Video çarxın nümayişindən sonra tədbirdə iştirak edən gənclər də faciə barədə fikirlərini bildiriblər.

Daha sonra tədbir diskussiya formatında davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə