Arxeologiya və Etnoqrafiya İnstitutunda 20 Yanvar faciəsi yad edilib
19 yanvar tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, anım tədbirinə İnstitutun rəhbərliyi, şöbə və bölmə rəhbərləri, əməkdaşları qatılıb. Tədbir iştirakçıları bir dəqiqəlik sükutla 20 Yanvar şəhidlərinin xatirəsini yad edib.
Anım tədbirində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova çıxış edib. M. Rəhimova çıxışında bildirib ki, hər il olduğu kimi bu il də 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi anılmaqdadır: "1990-cı il yanvarın 20-si işğalçı sovet ordusunun qarşısına əliyalın çıxmış Azərbaycan xalqı milli iradəsini və birliyini bütün dünyaya nümayiş etdirdi. Həmin dramatik dövrdə Ulu Öndər Heydər Əliyev özünə və ailəsinə qarşı gerçək təhlükəyə baxmayaraq Sovet imperiyasının mərkəzində - Moskvada Qorbaçov rejiminin törətdiyi bəşəri cinayətə qarşı etiraz səsini ucaltdı. Belə bir tarixi faktı da vurğulamalıyıq ki, yalnız 1990-cı ilin iyulunda Vətəninə qayıdan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin ilin 21 noyabrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edildi. Məhz, Ümummilli Lider Heydər Əliyev 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə, əlil olmuş vətəndaşlarımıza hər zaman diqqət və qayğı göstərib. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev də şəhidlərimizin ailələrinin və 20 Yanvar əlillərinin dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunmasını daim diqqətində saxlamaqdadır".
Mövzu ilə bağlı tarix elmləri doktoru, AMEA-nın həqiqi üzvü, akademik Teymur Bünyadov, həmçinin, İnstitutun şöbə, bölmə rəhbərləri və əməkdaşları çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB