Bakıda avaralıq və dilənçiliklə məşğul olan daha 41 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyindən (DİN) SİA-ya verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşları tərəfindən avaralıq və dilənçilik edən 41 nəfər saxlanılıb və yaşadıqları Yevlax rayonuna göndəriliblər. Onlardan 20-si qadın, 5-i kişi və 16-sı azyaşlılar olub.
Qeyd edək ki, 2015-ci ilin əvvəlindən Bakıda avaralıq və dilənçilik edən 200-dən çox adam saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB