Umayra Tağıyeva işdən azad olunub

Umayra Tağıyeva işdən azad olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva işdən azad olunub. SİA-nın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, U.Tağıyeva yanvarın 16-da öz ərizəsi əsasında işdən azad olunub.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru vəzifəsi ETSN-in Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevə həvalə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə