Bu gün Təhsil Problemləri İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş "20 Yanvar qürur günümüzdür" mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra institutun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov çıxış edərək bildirib ki, 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq, o təkcə faciə deyil: "Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. 20 Yanvar uzun illər Sovet İmperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixi gündür.O gecə 147 mülki vətəndaş qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. O müdhiş gecədə sovet qoşun hissələri 200 mənzil və evi, 80 avtomaşını, o cümlədən təcili yardım maşınlarını, külli miqdarda şəxsi və dövlət əmlakını məhv etdilər".
İnstitunun direktoru bildirib ki, xalq həmin günlərdə böyük bir həqiqəti – həqiqi liderin meydanda olmamasını da bütün mahiyyəti ilə dərk edirdi. Elə həmin təlaşlı günlərdə xalqının səsinə hər kəsdən əvvəl səs verən Ulu Öndər Heydər Əliyev oldu: "Ümummilli liderimiz Moskvadan xüsusi nəzarət altında olmasına baxmayaraq, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı ilin yanvarın 21-də Moskvadakı daimi nümayəndəliyə gələrək təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. SSRİ-nin hələ hökm sürdüyü bir vaxtda xalqının yanında olduğunu bildirməklə, Moskvanın özündə belə rus imperiyasının atdığı bu addımına görə tənqid etmək, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi. Ulu Öndər Heydər Əliyev və hazırki ölkə Prezidenti Cənab İlham Əliyev bununla, hər şeydən əvvəl Vətən, xalq qarşısında vətənadaşlıq və milli mövqelərini nümayiş etdirdilər. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi".
Sonra Təhsil Problemləri İnstitutunun tədbirdə iştirak edən əməkdaşları faciə ilə bağlı fikirlərini bölüşdülər, həmin gecənin şahidləri çıxış etdilər. Daha sonra 20 Yanvar faciəsində baş vermiş hadisələri əks etdirən "Qanlı Yanvar, qan yaddaşımız" adlı videoçarx nümayiş olundu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB