Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunda 20 yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, öncə 20 yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan institunun direktoru, AMEA-nın müxbir üzvü, aqrar elmlər üzrə elmlər doktoru Zeynal Əkpərov 20 Yanvar şəhidlərinin Azərbaycan tarixində qoyduğu izdən, onların qanları bahasına qazanılan azadlıqdan bəhs edərək, gənclərimizi bu tarixi unutmamağa səsləndirib.
Daha sonra çıxış edən Həmkarlar təşkilatının sədri, biologiya üzrə fəlsəfə doktoru Hamlet Sadıqov 20 Yanvar hadisələri haqqında məlumat verərək Azərbaycan xalqına qarşı həyata keçirilən bu vəhşi terror aktının insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacağını söyləyib. Əminliklə vurğulayıb ki, xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazılmış 20 Yanvar şəhidləri 25 min il keçsə belə unudulmayacaq, xalqımız var olduqca onların qəhrəmanlıq əməlləri daim anılacaq.
Tədbirdə həmçinin, biologiya üzrə elmlər doktoru Ramiz Əliyev, biologiya üzrə fəlsəfə doktoru Qədir Qasımov və biologiya üzrə fəlsəfə doktoru Əkbər Kərimov 20 Yanvar faciəsinin canlı şahidləri kimi həmin gecə baş verən hadisələri tədbir iştirakçılarının nəzərinə çatdırıb. Sonda 20 Yanvar faciəsini əks etdirən videoçarx nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB