Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Sumqayıt "ASAN Xidmət" Mərkəzi və Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı "Karyera planlaşdırılması" mövzusunda təlim təşkil edib. SİA-nın məlumatına görə, təlimdə Sumqayıt "ASAN Xidmət" Mərkəzinin könüllüləri, Sumqayıt Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin və "Ritorika Universal Klubu"nun nümayəndəsi olan tələbə gənclər dinləyici olublar.
Təlimin açılış mərasimində Gənclər və İdman Baş İdarəsi Gənclərlə iş sektorunun müdiri Rüstəm Sadıqzadə, "ASAN könüllüləri Gənclər Təşkilatı" İctimai Birliyinin İdarə Heyətinin üzvü Rəşad Məmmədov, Sumqayıt şəhər Bələdiyyəsinin üzvü, YAP Sumqayıt şəhər təşkilatı Aparatının təlimatçısı Elbrus Səlimov çıxış edərək tədbirin gənclər üçün əhəmiyyətindən danışıblar.
Çıxışlarda dövlətin gənclərə diqqət və qayğısından bəhs edilib, bir neçə gün öncə Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəxsi iştirakı və xeyir-duası ilə Sumqayıtda Gənclər Evinin açılışı təqdirəlayiq hal kimi qeyd edilib, dövlət rəhbərinə dərin minnətdarlıq ifadə edilib.
Sonra gənclər təlimçilər Gülşən Cumayevanın və Kənan Bağırovun "Karyera planlaşdırılması" mövzusunda təlimini dinləyiblər.
Təlim diskussiya şəraitində davam etdirilib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB