Qazaxıstanın Aktau şəhərində "Renessanse-Aktau" otelində Baş konsulluğun təşkilatşılığı ilə, bu şəhərdə fəaliyyət göstərən azərbaycanlıların "Dostluq" milli-mədəni Cəmiyyəti ilə birgə 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar yerli hökümət qurumları, Aktau şəhərinin yerləşən diplomatik missiyaların nümayəndələri, ali və orta təhsil müəssisələrinin üzvləri, Aktau şəhərində yaşayan həmyerlilərimiz və digər xalqların nümayəndələri, habelə KİV üzvlərinin iştirakı ilə tədbir keçirilib.Azərbaycan Respublikasının Qazaxıstanın Aktau şəhərindəki Baş Konsulluğundan SİA-ya verilən xəbərə görə, tədbirdən öncə 20 yanvar hadisələrinə həsr olunmuş fotosərgi keçirilib. Tədbir keçirilən zalda faciə ilə bağlı rus, ingilis və azərbaycan dillərində müxtəlif dövrlərdə nəşr olunmuş kitab və jurnalların sərgisi təşkil edilib.
Tədbir zamanı ilk öncə çıxış edən Baş konsul Rəşad Məmmədov Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub1990-cı ilin 19-20 yanvarında baş verən hadisələr barədə iştirakçılara ətraflı məlumat verib. Baş konsul ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsinin ölkəmizdə misli görünməmiş faciəyə gətirib çıxardığını qeyd edərək, həmin gecə Azərbaycan xalqına qarşı həyata keçirilmiş qətliamın insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri olduğunu və bəşər tarixində qara səhifə olaraq qalacağını vurğulayıb.
Daha sonra 20 Yanvar faciəsi ilə bağlı, Aktau şəhərində fəaliyyət göstərən "Dostluq" milli-mədəni Cəmiyyətinin sədri Vaqif Nəbiyev çıxış edib, uzun illər vilayətdə yaşayan həmyerlimiz, şair Rövşən Həsənli faciəilə bağlı şeirlər oxuyub.
Tədbir zamanı "qanlı yanvar" adlı kitab və digər çap məhsullarının sərgisinin açılışı olub.
Tədbirin sonunda 20 yanvar faciəsinə həsr olunan "CBC" telekanalı tərəfindən 2014-ci ildə çəkilən, rus dilində olan "Дело №2" adlı sənədli film nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB