Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti 20 Yanvar faciəsi yad edilib. SİA-nın məlumatına görə, Xidmətin rəisi Camal Quliyev faciənin səbəbləri barədə məlumat verərək, bunun bəşər tarixində Azərbaycan xalqına qarşı törədilmiş ən qanlı cinayətlərdən biri olduğunu kimi qeyd edib.
Camal Quliyev bildirib ki, bu təcavüzün məqsədi Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsini beşikdə boğmaq məqsədi daşıyırdı: "Lakin Sovet İmperiyası öz çirkin məqsədlərinə çata bilmədi. Azərbaycan xalqı vəhşiliklə həyata keçirilən bu cəza tədbirindən qorxmadı, əksinə azadlıq arzusunu həyata keçirdi. Xalqımız 1990-cı ilin 20 yanvarını qəhrəmanlıq səhifəsi kimi yaşayıb. Cinayətin törədilməsində birbaşa rolu olan o vaxtkı xəyanətkar Azərbaycan rəhbərləri bu faciəyə siyasi qiymət verməkdən imtina etdilər. Faciədən dərhal sonra Ulu Öndər Heydər Əliyev özünün və ailəsinin həyatını təhlükə bu faciə xalqımız tərəfindən heç vaxt unudulmayacaqaltında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, Bakıda baş verən faciə barədə bütün dünyaya həqiqəti çatdırdı. Azərbaycan xalqına baş sağlığı verdi. Ulu Öndər böyük bir cəsarətlə bu cinayətin SSRİ rəhbəri Mixail Qorbaçovun, Yazovun və o vaxtkı Azərbaycan rəhbərliyinin hazırladıqları ssenari əsasında həyata keçirilməsini bəyan etdi. 20 Yanvar faciəsinə ilk olaraq Ulu Öndər Heydər Əliyev tərəfindən siyasi qiymət verilib və bu cinayətin səbəbləri, günahkarları bütün dünyaya açıqlanıb. Respublikanın bütün şəhər və rayonlarında, idarə və müəssisələrində, xarici ölkələrdəki səfirliklərimizdə, diaspor təşkilatlarında anma mərasimləri keçirilir. Bütün bunlar göstərir ki, , 20 yanvar şəhidlərinin əziz xatirəsi xalqımızın və bütün dünya türklərinin qəlbində əbədi yaşayacaq".
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi Həmkarlar komitəsinin sədri Hidayət Kazımov, Xidmətin əməkdaşları Xoşqədəm Ələsgərova, İlham Bayramov, Daməd Sultanov və Yaqub İbrahimov çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB