Hansı vərdişlər ömrü qısaldır və ya uzadır. SİA-nın xəbərinə görə, bu sual ətrfında araşdırma aparan alimlər maraqlı nəticələr əldə ediblər. SİA-nın xəbərinə görə, alimlərin fikrincə görüşə, eləcə də işə və ya məktəbə gecikənlər, tıxaca düşənlər öz sağlamlıqlarına ağır zərbə vururlar. Təsəvvür edin ki, siz uşağınızı məktəbə aparanda, yaxud işə yollananda gecikirsiniz. Özünüzü necə hiss edəcəksiniz? İstər-istəməz narahat olmağa başlayacaqsınız və əsəbiləşəcəksiniz. Bütün bunlar isə stress deməkdir. Britaniyalı alimlərin fikrincə, bir yerə daim gecikənlər ömürlərini minimum üç il azaldırlar. Nəticə budur ki, dəqiqlik ömrü uzatmaq üçün ən yaxşı vasitədir.
Alimlər hesab edirlər ki, faydalı vərdişlərə başlamaq heç vaxt gec deyil. Gün ərzində 25 dəqiqə gəzinti, velosiped sürmək və ya üzgüçülüklə məşğul olmaq xəstəxanaya düşmək ehtimalını 50 faiz azaldır.
Cənubi Kaliforniya Universitetinin tədqiqatçıları isə zehni əməklə məşğul olan 55 yaşdan yuxarı insanların iş qabiliyyətini və yaddaşını öyrəniblər. Aşkar ediblər ki, gündəlik təmiz havada gəzənlərin beyin funksionallığı gənclərdə olduğu kimidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB