Əlyazmalar İnstitutunda 20 Yanvar hadisəsi yad edilib

Əlyazmalar İnstitutunda 20 Yanvar hadisəsi yad edilib

20 Yanvar –"Ümumxalq hüzn günü" münasibəti ilə Əlyazmalar İnstitutunda mərasim keçirilib. SİA-nın məlumatına görə, mərasimi giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, filalogiya üzrə elmlər doktoru Paşa Kərimov 1990-cı il 20 yanvar gününün xalqımızın öz azadlıgı uğrunda çarpışanların tarixi olduğunu söyləyib.

Bildirib ki, o qanlı gündən 25 il keçməsinə baxmayaraq, şəhid olanlar yaddaşlardan silinməz bir iz buraxıb: "Onların mübarizliyi bugünkü gəncliyimizə nümunə məktəbidir. Bizim üçün o illərin qaranlıq səhifələri zaman keçdikcə aydınlaşır. Yüz illərdi ki,erməni hiyləgərliyi, xəyanəti xalqımıza bir bəladır. Onların şovinist təbliğat maşını hər gün fəaliyyətdədir. Biz, elm adamları,ziyalılar xalqın önündə olmalı, erməni vandalizmini dünya ictimaiyyətinə hər an çatdırmalıyıq. Terrorla törədilən 20 Yanvar faciəsi son dövrlərin ən qanlı hadisələrindən biridir. Lakin, bu, xalqın qan yaddaşında bir mübarizə günüdür. İnstitutun elmi işlər üzrə direktor müavini, filalogiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli çıxış edərək 20 yanvar faciəsinin dünyaya çatdırılmasında o zamanlar Moskvada yaşayan Ümummilli Liderimiz Heydər Əliyevin əvəzsiz rolundan danışıb: "Heydər Əliyev çəsarət nümayiş etdirərək Moskvada Azərbaycan nümayəndiliyində sovet rejiminin qanlı cinayətlərinin, 20 Yanvar faciəsinin əsl səbəbkarlarının kim olduğunu bütün dünyaya bəyan etdi. Ulu Öndər Naxçıvanda işlədiyi zamanda da 20 Yanvar faciəsi ildönümünün ümumxalq hüzn günü kimi qeyd olunmasının və ona siyasi-hüquqi qiymət verilməsinin əsas təşəbbüskarı oldu və onun hakimiyyəti dövründə bu məsələ özünün müsbət həllini tapdı".

Elmi katib, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov 1990-cı illərdə özünün uşaq vaxtlarını xatırlayıb, "miflər və həqiqətlər" mövzusunda çıxış edib və bu günün gəncliyi adından 20 Yanvar faciəsini heç bir zaman unutmayacaqlarını bildirib. Əlyazmalar İnstitutunun əməkdaşı, AMEA-nın müxbir üzvü, filalogiya üzrə elmlər doktoru, professor Möhsün Nağısoylu 20 Yanvar hadisələrinə dair xatirələrini söyləyib. Sonda İnstitutun əmədaşları 20 Yanvar hadisələrinə həsr edilmiş sənədli filmə baxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə