Dəyanət Rzayev: “Ər-arvad arasında səmimiyyət yoxdur” MÜNASİBƏT

Dəyanət Rzayev: “Ər-arvad arasında səmimiyyət yoxdur” MÜNASİBƏT

Son zamanlar ailəli qadınların evlərini, ərlərini, hətta övladlarını tərk edərək başqa kişilərə qoşulub qaçırlar. Bu halların baş verməsinin səbəbini SİA-ya psixoloq Dəyanət Rzayev açıqlayıb: "Əvvəllər qadınlar ailəsində əzab görməsinə baxmayaraq, dözüb yaşayırdılar. Bəzən xanımlar emosiyalarını cilovlaya bilməyib qaçırlar. Əgər qadın ərindən və ya ailəsindən əzab görürsə, bu zaman normal şəkildə boşansın. Elə olur ki, həm kişilər, həm də qohumlar boşanmanın qarşısını almağa çalışırlar. Sonda da bu cür xoşagəlməz hadisələr yaşanır. Təəssüflər olsun ki, indi ər-arvad, qohumlar arasında səmimiyyət yoxdur. Hər şey yalanın üzərində qurulub. Qadın "Başqasını sevirəm. Səndən ayrılmaq istəyirəm" sözünü də deyə bilmir. Qorxur ki, həyat yoldaşı onu öldürə bilər. Hesab edirəm ki, cəmiyyətimiz məhvə doğru gedir. Mən qadınların evdən qaçmasının tərəfdarı deyiləm. Hesab edirəm ki, səbəbsiz, hisslərinə hakim ola bilməyən xanımlar başqa kişilərə qaçırlarsa deməli, onların psixoloji cəhətdən problemləri var. Onları qaçıran və vədlər verən kişilərin də müəyyən psixi problemi olduğu aydın görünür. Bir sözlə belə insanlar cəmiyyət üçün böyük təhlükədir".

Bütün xəbərlər Facebook səhifəmizdə