Aydın Mirzəzadənin kitabı Türkiyədə böyük tirajla çap olunub

Aydın Mirzəzadənin kitabı Türkiyədə böyük tirajla çap olunub

Milli Məclisin (MM) deputatı Aydın Mirzəzadənin "Qarabağ düyünü" adlı kitabı Türkiyənin MLECkitap nəşriyyatı tərəfindən türk dilində "Karabağ dügümü" adı ilə böyük tirajla çap edilib. SİA-nın məlumatına görə, bu haqda A.Mirzəzadənin özü facebook səhifəsində yazıb.

O, qeyd edib ki, 261 səhifəlik kitabda türkiyəli oxucuya Dağlıq Qarabaş probleminin tarixi kökləri, erməni millətçilərinin çar Rusiyası və SSRİ dönəmində azərbaycan torpaqlarına qarşı iddiasından, problemin hazırki vəziyyəti barədə geniş məlumat verilir.

Həmçinin, Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi, Xocalı faciəsi, 1 milyon nəfərdən çox qaçqın əhali, Ermənistanın beynəlxaq hüquq normalarını pozması, Azərbaycanın ərazi bütövlüyün tanımaması və müharibənin ağır nəticələri barədə də müfəssəl məlumat verilir.

Trükiyənin Azərbaycanı Dağlıq Qarabağ məsələsində daima müdafiə etməsi, türk xalqının Azərbaycan sevgisi də kitabda geniş yer alıb.

Kitabda çoxsayı xəritələr, şəkillər, tarixi sənədlər, beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə