Bakıda dilənçiliklə məşğul olan 25 nəfər saxlanılıb. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Nərimanov rayon Polis İdarəsi 16-cı, 17-ci və 18-ci Polis Bölməsi və Suraxanı rayon Polis İdarəsi əməkdaşları tərəfindən dilənçiliklə məşğul olan 25 nəfər saxlanılıb.Onlara xəbərdarlıq edildikdən sonra buraxılıblar. Saxlanılanlardan 5-i kişi, 11-i qadın, 9-u azyaşlı olub.
Qeyd edək ki, 2015-ci ildə Bakı polisi tərəfindən artıq 200-dən çox şəxs avara və dilənçi həyat tərzi sürdüklərinə saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB