Nazirlik mobil əlavələrin hazırlanması üzrə müsabiqə elan edir

Nazirlik mobil əlavələrin hazırlanması üzrə müsabiqə elan edir

Elektron Hökumət Portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəziwww.data.gov.az portalının Açıq Məlumatlarından istifadə etməklə "Bax, istifadə et və yarat" adlı mobil əlavələrin hazırlanması müsabiqəsini elan edir. SİA-nın məlumatına görə, İKT mütəxəssisləri, START UP-çılar, tələbələr və s. üçün nəzərdə tutulan yanvarın 15-dən aprel ayının 15-nə qədər davam edəcək bu müsabiqəyə qatılmaq üçün Açıq Məlumatlardan istifadə edərək ictimai əhəmiyyətli mobil proqramlar yaradıb müsabiqəyə təqdim etmək lazımdır. Açıq Məlumat-azad şəkildə heç bir məhdudiyyət qoyulmadan istənilən şəxs tərəfindən istənilən məqsədlə istifadə edilən, şəkli dəyişdirilərək başqa formaya salınan (sxem, xəritə, diaqram və s.) və paylaşılan məlumatlardır. İctimai əhəmiyyət daşıyan bu məlumatlardan, heç bir patent, lisenziya, icazə və məhdudiyyət olmadan istifadəçilər istənilən vaxt istənilən formada yararlana bilər. Məlumatlar proqram təminatlarının yaradılmasında istifadə edilə bilən formatda olmalı və əməliyyat sistemləri tərəfindən oxuna bilinməlidir. Açıq Hökumət məlumatları ictimai xarakter daşıyan məlumatların məs, iqtisadi inkişaf statistikası, hava praqnozu, yağmur xəritəsi, seymsmik zonalar xəritəsi, poçt məntəqələri, taksafon aparatları məntəqələri, nəğd ödəniş terminalları, rabitə tarifləri, şəhərlərarası və beynəlxalq kodlar və s. vətəndaşların istifadəsinə verilir. İstənilən vətəndaş (proqramist və s.) bu məlumatlardan istifadə edərək ictimai əhəmiyyətli mobil proqramlar yaradıb müsabiqəyə təqdim edə bilər.

Müsabiqənin tələbləri:

Müsabiqədə iştirak etmək istəyənlər ilk növbədə www.e-gov.az portalında qeydiyyatdan keçməli, materialları göndərərkən qeydiyyat nömrəsini e-məktuba əlavə etməlidir. Qeydiyyat 2015-ci il martın 15-dək aparılacaq. Materialların son qəbul olunma tarixi aprel ayının 15-dir. Müsabiqə üçün hazırlanmış materiallar bu ünvana göndərilməlidir - [email protected].

Müsabiqənin mükafat fondu aşağıdakı kimidir:

1-ci yer - 2000 manat

2-ci yer - 1000 manat

3-cü yer 500 manat

Bütün xəbərlər Facebook səhifəmizdə