Litva Azərbaycanlı Gənclər Təşkilatının (AYOL) nümayəndələri İtaliyada təşkil olunmuş beynəlxalq layihədə iştirak ediblər. SİA-nın məlumatına görə, İtaliya, İspaniya, Yunanıstan, Azərbaycan, Litva və Polşadan olan 30 nəfər gəncin qatıldığı beynəlxalq tədbirin əsas məqəsədi müxtəlif ölkələrin mədəniyyətləri arasında əlaqələrin gücləndirilməsi idi. Qeyd edirik ki, tədbirdə AYOL-un 6 nümayəndəsi iştirak edib.
Keçirilmiş tədbirdə AYOL İtaliya, Azərbaycan və Litva münasibətləri, gələcək əməkdaşlığın perspektivləri və birgə layihələrin keçirilməsi ətrafında fikir mübadiləsi aparıblar.
Tədbir müddətində keçirilmiş mədəniyyət günündə Azərbaycan guşəsi də iştirakçılar tərəfindən xüsusi marağla qarşılanıb. Azərbaycan guşəsində ölkəmizin milli suvenirləri, fotoalbomları, tarixi və turizm potensialını əks edən məlumat kitabçaları yer almışdı.
Qeyd edək ki, AYOL bir sıra beynəlxalq gənclər təşkilatları ilə elm, təhsil, mədəniyyət və informasiya mübadiləsi sahəsində əməkdaşlıq əlaqələrini genişləndirməyi planlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB