Hazırda Quba rayonunda yerləşən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzi Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunda Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə "Meyvəçilikdə mütərəqqi becərmə texnologiyalarının tətbiqi və tingçiliyin inkişafı" mövzusunda Regional müşavirə keçirilir. SİA-nın məlumatına görə, müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin Aparatın Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov, KTN yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov, eləcədə nazirliyin Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarında fəaliyyət göstərən müvafiq qurumlarının rəhbərləri, alimlər, mütəxəssslər, fermerlər və digər özəl bölmələrin nümayəndələri iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB