"Yeni quraşdırılan radarlar təbii ki, öncəkilərdən fərqli olacaq və burada bir sıra üstün cəhətlərin olması da mümkündür". Bu sözləri SİA-ya açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov yollarda quraşdırlan yeni radarlar barədə fikirlərini bildirərkən deyib.
Vaqif Əsədov qeyd etdi ki, hazırda bu prosses aparıldığı üçün hər hansı bir yekun fikir söyləmək mümkün deyil: "Məhz bu qurğular qurulduqdan sonra hər hansısa bir nəticənin şahidi olacağıq. Lakin, hər halda yeni radarlar öz müsbət cəhətləri ilə daha öncəkilərdən fərqlənəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB