20 Yanvar faciəsinin 25-ci ildönümünün keçirilməsi ilə bağlı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində Tədbirlər Planı hazırlanıb. SİA-nın verdiyi məlumata görə, Tədbirlər Planına əsasən Abşeron şəhərətrafı zonada 20 yanvar 2015-ci ildə saat 6:00-dan 23:00-dək hərəkət edən elektrik qatarlarında gediş-gəlişin pulsuz təşkili həyata keçiriləcək.
Tədbirlər Planına əsasən Cəmiyyətin müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anım tədbirləri keçirilir, faciə zamanı şəhid olan və yaralanan dəmiryolçuların ailə üzvlərinə maddi yardımlar edilir. Eyni zamanda anım günü "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətin kollektivi Şəhidlər Xiyabanını ziyarət edəcək.
Qeyd edək ki, 20 yanvar tarixdə saat 12.00-da anım dəqiqəsində qatarların hərəkəti dayandırılacaq, lokomotivlər həyəcan fiti verəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB