Ukraynada növbəti səfərbərlik dalğası ilə əlaqədar olaraq Silahlı Qüvvələrdə xidmətdən boyun qaçıran şəxsləri 2-5 il arası azadlıqdan məhrum etmə cəzası gözləyir. Bu barədə Silahlı Qüvvələrin Baş Qərargahının müdafiə və səfərbərlik planlaşdırılma idarəsinin rəisi Vladimir Talalay bildirib.
4-cü səfərbərlik dalğası yanvarın 20-də start götürəcək. Bundan sonra aprel və iyul ayları üçün də analoji addım planlaşdırılır. Səfərbərlik zamanı 50 min insan çağırılacaq.
Ruhi xəstələr, çoxuşaqlı atalar, himayəsində özünü idarə edə bilməyən qohumu olan, ali məktəb və aspirantura tələbələri (əyani), həmçinin keşişlər çağırılmayacaq.
Kiyev həmçinin hərbi məsuliyyəti olan qadınları da səfərbərliyə çağırmaq fikrindədir. "Əsasən hərbi məsuliyyəti olan 25-60 yaş arası kişilər və 25-50 yaş arası qadınlar çağırılacaqlar. Qadınlar ehtiyac olacağı təqdirdə xidmət edəcək".
Ukrayna vətəndaşları artıq hərbi komissarlığa tibbi müayinədən keçmək üçün dəvət alıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB