Ərdoğan: “Minsk Qrupu səmimi deyil”

"Minsk Qrupunun səmimi olmadığını görürük"
Ərdoğan: “Minsk Qrupu səmimi deyil”

"Prezident İlham Əliyevlə görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi apardıq. Türkiyə bu məsələdə Azərbaycana dəstəyinin davam edəcək". Bunu Azərbaycan və Türkiyə dövlət başçılarının Ankarada keçirilən görüşündən sonra mətbuat qarşısında çıxış edən Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan deyib.

"Dağlıq Qarabağ probleminin həlli ilə bağlı son məlumatları aldıq. Minsk Qrupunun səmimi olmadığını görürük. Onların dediklərini qəbul etməmiz mümkün deyil", - deyə Ərdoğan vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə