BMT Təhlükəsizlik Şurası bildirib ki, sülh quruculuğu təşkilatın fəaliyyətinin mühüm istiqamətidir. Şuranın üzvləri münaqişə vəziyyətindən çıxan ölkələrin yenidən münaqişə ocağına çevrilməməsi üçün bu ölkələrdə sabit sülhün, təhlükəsizliyin və inkişafın təmin edilməsinə kompleks yanaşmaya tərəfdar olduqlarını bildiriblər. Bu barədə BMT-nin Xəbərlər mərkəzi məlumat verir.
Şura sədrinin son iclasda qəbul olunmuş rəsmi bəyanatında deyilir: "Təhlükəsizlik Şurası vurğulayır ki, sülh quruculuğu üçün, xüsusən də dövlət təsisatlarının formalaşdırılması, dövlət hakimiyyətinin yayılması üçün beynəlxalq və milli səviyyələrdə bu proseslərə diqqət yetirmək, habelə münaqişə vəziyyətindən çıxan ölkələrə maliyyə və texniki yardım göstərmək lazımdır". Şuranın üzvləri bildiriblər ki, sülh quruculuğu sisteminə baxışın başa çatmasını maraqla gözləyirlər. Onlar sülh quruculuğu proseslərində qadınların iştirakının genişləndirilməsinə tərəfdar olduqlarını bildiriblər.
BMT baş katibinin birinci müavini Yan Eliasson da Təhlükəsizlik Şurasının iclasında çıxış edərək münaqişə ölkələrində döyüş əməliyyatları başa çatdıqdan sonra münaqişələrdən zərər çəkmiş bu ölkələri yaddan çıxarmamağa çağırıb və bu sahədə fəaliyyəti möhkəmləndirmək üçün beş istiqamət müəyyənləşdirib. O qeyd edib ki, sülh quruculuğu sahəsində fəaliyyət o zaman səmərəli olar ki, ümumi inkişaf, təhlükəsizlik və sülh strategiyasına, habelə səmərəli və hərtərəfli siyasi sazişə əsaslansın. Üstəlik, baş katibin birinci müavininin fikrincə, bu məsələdə ardıcıl beynəlxalq siyasi, texniki və maliyyə yardımının göstərilməsiu zəruridir. Yan Eliasson BMT-nin postmünaqişə sülhünün möhkəmlənməsində müvəffəqiyyətin digər tərkib hissələrinin sıx regional əməkdaşlıqdan və bütün bərpa proseslərində qadınların fəal iştirakından ibarət olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB