20 Yanvar faciəsi insanlığa qarşı törədilmiş cinayətdir

20 Yanvar faciəsi insanlığa qarşı törədilmiş cinayətdir

Qazaxda Ombudsman Aparatının Gəncə Regional Mərkəzinin təşkilatçılığı ilə "20 Yanvar faciəsi insan hüquqlarının pozulması kontekstində" mövzusunda "dəyirmi masa" keçirilib. Əvvəlcə 20 Yanvar hadisələri zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.

"Dəyirmi masa"da mövzu ilə bağlı Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov məruzə edib. O, tədbir iştirakçılarını 20 Yanvar hadisələrinin xalqımıza və bütövlükdə bəşəriyyətə qarşı törədilmiş soyqırımı aktı olması, xalqımızın başına gətirilən bu dəhşətli faciənin ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən kəskin pislənilməsi və dünya ictimaiyyətinə çatdırılması, Ümummilli Liderin Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra bu hadisəyə hüquqi- siyasi qiymət verilməsi barədə ətraflı məlumatlandırıb.

Sonra tədbir iştirakçıları 20 Yanvar faciəsi ilə bağlı öz fikir və mülahizələrini söyləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə