Azərbaycan-Misir əlaqələri genişlənir

İki ölkə arasındakı mövcud mədəni əlaqələr yüksək qiymətləndirilib
Azərbaycan-Misir əlaqələri genişlənir

Yanvarın 15-də Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvi Nizami Cəfərov Misir Ərəb Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzində olub. Mərkəzdən bildirilib ki, görüşdə mərkəzin müdiri Ahmed Sami Elaydi qurumun yaranma tarixindən, fəaliyyətindən, Misir ilə Azərbaycan arasındakı tarixi dostluq münasibətlərindən, mədəniyyət və elm sahəsindəki əməkdaşlıqdan söz açıb.

Professor Nizami Cəfərov ölkələrimiz arasındakı mədəni əlaqələrin gələcəkdə daha da genişlənməsi üçün lazımi səylərin göstərilməsinin vacibliyini vurğulayıb.

Görüşdə iki ölkə arasında birgə tədbirlərin keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə