Misirin "Əl Məsr əl youm" internet portalı (Aİ) Azərbaycan Prezidenti İlham Əliyevin aralarında jurnalistlərin və müxalifət fəallarının da olduğu dustaqlara Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə amnistiya verilməsi haqqında qərarını Avropa İttifaqının alqışlaması barədə informasiya yerləşdirib. Aİ-nin mətbuat üçün məlumatında Prezidentin əfv qərarı müsbət addım kimi qiymətləndirilir.
Yazıda deyilir ki, 79 nəfərin əfv edilməsi haqqında qərar onların bioqrafiyası, sağlamlıq durumu, ailə vəziyyəti, cəzaçəkmə yerində olduqları müddətdə davranışları müzakirə olunduqdan sonra qəbul edilib.
İnformasiyanın tam versiyası ilə http://www.almasryalyoum.com/news/details/616014 linki ilə tanış ola bilərsiniz.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB