Nadir Əzməmmədov: “Həmin qatarlar sələflərini çox geridə qoyacaq” AÇIQLAMA

Nadir Əzməmmədov: “Həmin qatarlar sələflərini çox geridə qoyacaq” AÇIQLAMA

"Hazırda Abşeron yarımadasının dəmir yollarında yeni və müasir elektrik qatarlarının hərəkəti ilə bağlı yeni layihə hazırlanıb". Bunu SİA-ya açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Nadir Əzməmmədov deyib. O bildirib ki, qatarlarla bağlı danışıqlar aparılır: "Yolun çəkilməsi ilə bağlı yeni qatarların da alınması istiqamətində hələ ki danışıqlar aparılır. Banklarla danışıqlar aparılır ki, maliyyə ayrılsın və tikintisini aparaq".

Nadir Əzməmmədov qatarların hərəkət qrafiki və sürəti haqqında da danışıb. Yeni qatarların sürətli olacağını ifadə edib: "Layihədə ancaq Bakı – Sumqayıt arasında gündəlik 4-5 hərəkətin təşkil edilməsi planlaşdırılır. Həmin qatarlar indiki sələflərini həm rahatlığına, həm sürətinə, həm də ki qrafikinə görə çox geridə qoyacaq. Yeni qatarlarların marşrut xətti Bakı dəmiryolu vağzalına qədər ("28 May" metrosu yaxınlığı) uzadılacaq. Qeyd etmək istəyirəm ki, bu hələ layihə şəklindədir".

Bütün xəbərlər Facebook səhifəmizdə