Osman Gündüz: “Uşaqların informasiya təhlükəsizliyi ilə bağlı addımlar atılmalıdır” AÇIQLAMA

"Azərbaycanda internet inkişaf etdikcə, internetin sürəti artdıqca, evlərə daha böyük sürətli internet girdikcə əlbətdə burda uşaqlarla, onların təhlükəsizliyi ilə bağlı da müəyyən tədbirlərin görülməsi və güclənməsinə ehtiyac yaranır". Bunu SİA-ya açıqlamasında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O bildirib ki, internetin gücləndiyi bir vaxtda uşaqların informasiya təhlükəsizliyi də qorunmalıdır: "Azərbaycan Respublikasının qanunvericiliyinə görə, beynəlxalq normalar var. Buna görə azyaşlılarla bağlı alınan informasiyalar da, uşaqların psixoloji durumuna təsir edəcək informasiyalarla, ümumiyyətlə informasiya təhlükəsizliyinin qorunmasıyla bağlı müəyyən tələblər var. Yəni sistem elə bir formada qurulmalıdır ki, internetdən istifadə edərkən bu təhlükəsizlik qorunsun. Düşünürəm ki, bu istiqamətdə son dövrlərdə Azərbaycanda müəyyən addımlar atılıb. Yəni tədbirlər keçirilir, məlumatlar yayılır, amma mən hesab edirəm ki indiki dövrdə internetin sürəti yüksəldikcə görüləcək tədbirləri daha da gücləndirmək lazımdır. Xüsusən də ailələrdə valideynlərin bir çoxu bu informasiya təhlükəsizliyi ilə bağlı məsələlərdən xəbərsiz olduğuna görə bunlara kömək göstərilməlidir. Təhsil müəssisələri, cəmiyyət, hökümət tərəfindən yardım göstərilməlidir. Eyni zamanda mən düşünürəm ki, bu proqram təminatlarından istifadə ilə bağlı valideynlərə bildirək ki, qurumların müəyyən komandasına təlimatlar hazırlanmalıdır".

Osman Gündüz Rabitə Yüksək Texnologiyaları Nazirliyinin uşaqların təhlükəsiz internetlə təminatı ilə bağlı işlər gördüyünü ifadə edib: "Rabitə Yüksək Texnologiyaları Nazirliyi yanında elektron təhlükəsizlik mərkəzi var. Düşünürəm ki, bu mərkəz gələcəkdəki geniş zolaqlı sürətli internetin hər bir evə gedib çatacağını praqnozlaşdıraraq indidən qabaqlayıcı tədbirlər görməlidir. Uşaqların internet təhlükəsizliyinin qorunması lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə