Beynəlxalq Mətbuat Mərkəzində (BMM) 1990-cı il 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunan "Qara Yanvar Dialoqu" kitabının təqdimat mərasimi keçirilir. SİA-nın məlumatına görə, tədbirdə millət vəkili Musa Qasımlı, Mətbuat Şurasının sədri Əflatun Amaşov, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "SƏS" Media Qrupunun rəhbəri Bəhruz Quliyev və digər bir sıra KİV nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, təqdimatı keçirilən kitabın müəllifləri tanınmış yazarlar Məzar Süleymanzadə və Şakir Yaqubovdur. Kitabın məsləhətçiləri Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili Musa Qasımlı, redaktoru isə Yusif Kərimovdur. Tədbir iştirakçılarına kitabda yanvar hadisələri ilə bağlı qeyd edilən bədii və sənədli faktlar barədə məlumatlar verilib.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB