Bakıdan Kiyevə ucuz qiymətlərlə get

Bakıdan Kiyevə ucuz qiymətlərlə get

"Azərbaycan Hava Yolları" Bakı-Kiyev-Bakı istiqamətində aviabiletlərə endirim tətbiq edib. SİA-nın Aviaşirkətə istinadən verdiyi xəbərə görə, sərnişinlər Bakı-Kiyev-Bakı istiqamətində bir bileti 309 avroya, Kiyev-Bakı-Kiyev istiqamətində isə 409 ABŞ dollarına əldə edə bilərlər. O cümlədən bir istiqamətdə yəni, Bakıdan Kiyevə 219 avroya, geriyə isə 289 ABŞ dollarına bilet almaq olar.

Aksiya yanvarın 15-dən fevralın 10-dək alınan biletlərə şamil olunur. Uçuş tarixləri isə yanvarın 25-dən martın 15-dək olan dövrü əhatə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə