Fond sədri 5 rayonun sakinlərini qəbul edəcək

Fond sədri 5 rayonun sakinlərini qəbul edəcək

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev 22 yanvar 2015-ci il tarixdə, saat 11:00-da DSMF-nin Xaçmaz rayon şöbəsinin inzibati binasında Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək. Fonddan SİA-ya verilən xəbərə görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34

Xaçmaz rayon şöbəsində (02332) 5-05-25

Quba rayon şöbəsində (02333) 5-26-15

Qusar rayon şöbəsində (02338) 5-40-94

Şabran rayon şöbəsində (02335) 3-39-48

Siyəzən rayon şöbəsində (02330) 4-09-04

Qəbulda iştirak edəcək vətəndaşların yanvarın 22-də DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə