Dəmir yolunun Böyük Kəsik – Soyuq Bula mənzilində yol əsaslı təmir olunur

Dəmir yolunun Böyük Kəsik – Soyuq Bula mənzilində yol əsaslı təmir olunur

Dəmir yolu nəqliyyat sisteminin inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində Bakı - Böyük Kəsik istiqamətində əsaslı təmir işləri davam edir. SİA-nın verdiyi məlumata görə, bu gün Böyük Kəsik - Soyuq Bulaq mənzilində 10 km yolun əsaslı təmirinə start verildi. Təmir işləri bir həftə davam edəcək.

Əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisələri həyata keçirir. "Dəmiryolservis" MMC-nin baş mühəndisi Əfsələfdin Gəncəliyevin verdiyi məlumatda bildirilir ki, səhər saatlarında artiq 1000 metr köhnə yol sökülüb.

Qeyd edək ki, Bakı-Böyük Kəsik istiqamətində 10 iyun 2011-ci ildə Tatli-Ağstafa sahəsinin 97-ci kilometrində start verilmiş, bu günə kimi 360 km yol əsaslı təmir olunmuş və 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə