Səbail rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, ağsaqqal və veteranların, rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə hazırda toplantı keçirir. SİA-nın məlumatına görə, toplantıda 2014-cü il ərzində rayonun Bayıl-20-ci sahə ərazilərində həyata keçirilən işlərə yekun vurularaq, qarşıda duran vəzifələr müzakirə olunur. Tədbirin sonunda növbəti il üçün konkret tədbirlər müəyyənləşdiriləcək. Hesabat məruzəsi ilə Səbail rayon İcra Hakimiyyəti Başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namiq Muradovun, ağsaqqalların və veteranların çıxışı gözlənilir. Yığıncağda çıxış elan edən Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən Bakı şəhərininə göstərilən diqqət və qayğıdan, gələcəkdə şəhərin mərkəzinin daha da abadlaşdırılması, burada sakinlər və şəhərimizin çoxsaylı qonaqları üçün hər cür şəraitin yaradılması üçün görülməli olan işlərdən danışıb. Asif Əsgərov 2014-cü ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr, Bakıda keçiriləcək ilk Avropa oyunlarına hazırlıq, Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı yeni qəbul olunmuş Dövlət Proqramında Səbail rayonu ilə bağlı nəzərdə tutulmuş tədbirlər barədə geniş məlumat verərək qeyd edib ki, bu proqramma 2-ci sahə inzibati ərazi dairəsi üzrə 51 saylı orta məktəbin, 91 və 157 saylı uşaq bağçalarının, 11 saylı uşaq vərəm xəstəxanasının əsaslı təmiri salınıb. Ölkə başçısının tapşırıqlarına əsasən şəhərin Bayıl-20-ci yaşayış sahəsini əhatə edən nümayəndəliyin ərazisində bir sıra mühüm layihələr həyata keçirilir, Bakı Bulvarının Dövlət Bayrağı Meydanından Bibiheybət qəsəbəsi istiqamətində genişləndirilməsi aparılır, dəniz kənarı ərazidə gözəl istirahət zonası yaradılır və paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində görülən işlər gələcəkdə də davam etdiriləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB