Böyük Britaniya mütəxəssisləri ölkə sakinləri arasında sorğu apararaq, onlar üçün həftənin ən ağır gününü müəyyən ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, çərşənbə axşamı həftənin ən ağır günü seçilib. Sorğuda 3 min adam iştirak edib.
Könüllülərin yarıdan çoxu (53 faizi) çərşənbə axşamının ən ağır gün olduğunu bildirib. İnsanlar bazar ertəsi üçün özlərini işə kökləyirlər. Çərşənbə axşamı isə vəzifə öhdəliklərinin yerinə yetirilməsi üçün yüksək fəallıq tələb olunur. Bundan əlavə, bazar ertəsindən həll olunmayan işlər də qalır. Alimlər hesab edirlər ki, çərşənbə axşamını yüngülləşdirmək çox asandır: bunun üçün iş həftəsinə bazar ertəsi başlamaq və mürəkkəb işləri çərşənbə axşamına saxlamamaq lazımdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB